İQTİSADİYYAT
Yekaterina Mikabadze: Azərbaycan regionda vacib oyunçudur
Tbilisi, 5 mart, AZƏRTAC
Azərbaycan regionda vacib oyunçudur və Gürcüstan qonşu ölkə ilə məhsuldar iqtisadi əməkdaşlıq həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Yekaterina Mikabadze deyib.
Onun sözlərinə görə, Gürcüstanın və Azərbyacanın böyük ambisiyalı planları var və onlar birgə səylərlə rellaşdırılmalıdır. Ölkələr arasında iqtisadiyyatın bütün sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensial var.
“Əlaqələrin daha da inkişaf etdirilməsindən hər iki dövlət və xalq faydalar əldə edir”, - deyə nazir müavini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi