ELM VƏ TƏHSİL


Yekaterinburq Universitetində Azərbaycanşünaslıq Mərkəzi açılacaq

Moskva, 21 may, AZƏRTAC 

Yekaterinburqdakı Ural Federal Universitetində (UFU) Azərbaycanşünaslıq Mərkəzi açılacaq.

Bu barədə AZƏRTAC-ın müxbirinə Azərbaycanın Yekaterinburqdakı baş konsulu İlqar İsgəndərov məlumat verib. Diplomat qeyd edib ki, mərkəzin yaradılmasının məqsədi gəncləri və universitetin qonaqlarını Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin müasir reallıqları ilə tanış etməkdir. Mərkəz universitetin geniş auditoriyalarından birində təşkil olunub. Burada Azərbaycan haqqında müxtəlif kitablar, əyani vəsaitlər toplanıb.

İ.İsgəndərov deyib ki, yeni mərkəzdə elmi konfranslar, Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçiriləcək.

Qeyd edək ki, Ural Federal Universiteti Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti ilə sıx əməkdaşlıq edir. Bu ali məktəbdə 35 min tələbə təhsil alır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.