SİYASƏT


Yekaterinburqda Azərbaycanın Zəfər Gününə və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Yekaterinburq, 10 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunun və Sverdlovsk vilayətində fəaliyyət göstərən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə və 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Tural Səfərov və Aydın Mahmudov, Sverdlovsk vilayəti Qanunverici Məclisinin deputatları, Sverdlovsk vilayəti və Yekaterinburq şəhərinin dövlət qurumları və diaspor təşkilatlarının nümayəndələri, Yekaterinburq şəhərində akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayəti bölməsinin üzvləri, Sverdlovsk, Çelyabinsk, Kurqan, Tümen və Perm vilayətlərində fəaliyyət göstərən ictimai təşkilatların rəhbərləri iştirak ediblər.

Mərasimin əvvəlində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri səsləndirilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra tədbirdə Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulu İlqar İskəndərov, Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin parlamentlərarası əməkdaşlıq komissiyasının sədri Vyaçeslav Veqner, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Səfərov, “Azərbaycan-Ural” ictimai milli-mədəni təşkilatının sədri Şahin Şıxlinski, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Sverdlovsk vilayətindəki bölməsinin rəhbəri Toğrul Həsənzadə, Çelyabinsk, Kurqan, Tümen və Perm vilayəti ictimai təşkilatlarının rəhbərləri çıxış ediblər.

Mərasimin rəsmi hissəsindən sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən soydaşlarımıza fəxri fərmanlar verilib, Zəfər Gününə həsr olunmuş və Dövlət Bayrağımızla bağlı videoçarxlar nümayiş etdirilib, milli rəqslərimiz, mətbəximizin ləziz təamları təqdim olunub və milli musiqimiz səsləndirilib.

Bayram münasibətilə Yekaterinburq şəhərində yerləşən B.N.Yeltsin Prezident mərkəzinin və İset qülləsinin üzərindəki rəqəmsal ekranlarında Azərbaycan bayrağı proyeksiya edilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.