DÜNYA


Yekaterinburqda amerikalı jurnalist casusluq ittihamı ilə həbs olunub

Yekaterinburqda amerikalı jurnalist casusluq ittihamı ilə həbs olunub

Bakı, 30 mart, AZƏRTAC

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda casusluqda ittiham olunan “Wall Street Journal” qəzetinin müxbiri Evan Qerşkoviçi həbs edib.

AZƏRTAC xəbər verir ki, TASS agentliyi bu barədə FTX-nın İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadla məlumat yayıb.

“Evan Qerşkoviçin ABŞ hökumətinin tapşırığı ilə Rusiyanın hərbi-sənaye kompleksinin müəssisələrinin birinin fəaliyyəti ilə bağlı dövlət sirri olan məlumatları topladığı müəyyən edilib. O, Yekaterinburqda məxfi məlumatları almağa cəhd göstərən zaman saxlanılıb”, - deyə məlumatda bildirilir.

FTX-nın İstintaq Komitəsi tərəfindən casusluq faktı ilə bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.