SİYASƏT


Yekaterinburqda ulu öndər Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Yekaterinburq, 10 may, AZƏRTAC

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş konsulluğun kollektivi və diaspora fəalları tərəfindən Ümummilli Liderin büstünün önünə gül dəstələri qoyulub, əziz xatirəsi hörmət və ehtiramla yad olunub.

Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki baş konsulu vəzifələrini icra edən Şöhrət Mustafayev Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib, onun Azərbaycan tarixindəki rolundan danışıb. Ş. Mustafayev ümummilli lider Heydər Əliyevin daima öz millətinin istiqbalını hər şeydən üstün tutmasından, xalqının gələcəyinin yaxşı təhsilli kadrlar tərəfindən müəyyən olunacağını düşünərək, Sovet İttifaqın tanınmış ali məktəblərinə çoxsaylı tələbələri göndərməsinin taleyüklü missiya olmasından bəhs edib.

Ş. Mustafayev Ulu Öndərin müstəqil Azərbaycanın qurucusu kimi tarixdə öz əbədi yerini alaraq bütün sahələrdə, həmçinin ordu quruculuğunda da gələcəyə hesablanmış siyasətindən və bu siyasətin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin uğurlu addımlarının nəticəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsindən danışıb, şanlı Azərbaycan bayrağının işğaldan azad olunmuş tarixi torpaqlarımızda dalğalanmasından hər bir azərbaycanlı kimi qürur duyduğunu bildirib.

Daha sonra çıxış edən diaspora fəalları Müşfiq Ağababayev, Şahin Kadaşov, İlyas Həsənov və Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGB) Sverdlovsk vilayətindəki nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə Ümummilli Liderin diaspora, təhsil və gənclər siyasətindən bəhs ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.