İQTİSADİYYAT


Yekun razılaşma əldə edildikdən 3-5 il sonra “Dostluq” yatağından hasilat başlaya bilər

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan və Türkmənistan arasında yekun razılaşma əldə olunduqdan 3-5 il sonra “Dostluq” yatağında hasilat başlaya bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov ICIS-ə (Independent Commodity Inteligence Services) müsahibəsində deyib.

Qeyd edək ki, Azərbaycan və Türkmənistanın dəniz sərhədində yerləşən “Dostluq” neft və qaz kondensatı yatağı 1986-cı ildə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. 2021-ci ilin yanvarın 21-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.