ELM VƏ TƏHSİL


Yel kürəsinin şahzadəsi

Bakı, 18 aprel, AZƏRTAC

Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu isə təbii olaraq, ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər. Külək və dostlarının başına gələn həm qəribə, həm də oxucunu daim həyəcanda saxlayan hadisələrin çoxu Bakıda, Yanardağda, Atəşgahda, Qız Qalasında cərəyan edir.

ASAN Könüllülük Məktəbinin məzunu olan gənc müəllif Xülya Cəfərova gələcəkdə də uşaqlar üçün fantastik hekayələr yazmaq fikrindədir.

Azərbaycan uşaq ədəbiyyatının ilk milli superqəhrəmanlarının başına gələnlərdən bəhs edən bu kitab “TEAS Press” Nəşriyyatı Evi tərəfindən “3 alma” əmtəə nişanı ilə nəşr olunaraq tezliklə balaca oxuculara təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.