İQTİSADİYYAT


Yəmən qəzeti: Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək

Qahirə, 5 dekabr, AZƏRTAC

Yəmənin “Əl Təməniyə Əl Yom” qəzetində “Azərbaycanın işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonasına çevriləcək” sərlövhəli xəbər dərc olunub.

AZƏRTAC-a istinadla dərc edilmiş xəbərdə bildirilib ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsinin və yerli resurslardan səmərəli istifadənin əsas prioritetlərdən olduğunu deyib. Nazir qeyd edib ki, Ağdam Sənaye Parkının ərazisinin işıqlandırılmasında yerli istehsal olan günəş panellərindən istifadə edilir.

Yazıda vurğulanıb ki, artıq işğaldan azad edilmiş Ağdam Sənaye Parkının sosial zonasının təşkili yekunlaşıb, burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri aparılıb.

 

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.