DÜNYA
Yəməndə atəşkəs rejimi daha iki ay müddətinə uzadılıb
Qahirə, 3 avqust, AZƏRTAC
Husi qiyamçıları ilə Yəmənin hökumət qoşunları arasında iki ay əvvəl əldə olunmuş atəşkəs rejiminə dair razılaşmanın müddəti oktyabrın 2-dək uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə BMT-nin Yəmən üzrə xüsusi elçisi Hans Qrundberq məlumat verib.
BMT-nin xüsusi elçisi bildirib ki, daha iki ay müddətinə uzadılan atəşkəs dövründə silahlı münaqişə tərəfləri arasında dayanıqlı sülhə nail olunması istiqamətində danışıqlar davam edəcək. O əlavə edib ki, BMT Yəməndə tezliklə sülhə nail olmaq üçün səylərini davam etdirəcək. H.Qrundberq, həmçinin sülh danışıqlarına dəstək verən BMT Təhlükəsizlik Şurası üzvlərinə, Səudiyyə Ərəbistanı Krallığı və Oman Sultanlığına təşəkkürünü bildirib.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi Yəməndə atəşkəs rejimi müddətinin uzadılması və sülh danışıqlarının davam etdirilməsini alqışlayan bəyanat yayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]