DÜNYA


Yəməndə hərbi düşərgənin atəşə tutulması nəticəsində ölən əsgərlərin sayı 70-ə çatıb

Tehran, 19 yanvar, AZƏRTAC

Yəmənin Mərib şəhərində yerləşən hərbi təlim düşərgəsinin raket atəşinə tutulması nəticəsində ölən əsgərlərin sayı 70-ə çatıb.

AZƏRTAC “Əl-Ərəbiyyə” kanalına istinadla xəbər verir ki, həlak olanlar arasında ölkə Prezidentin mühafizə xidmətinin əsgərləri ilə yanaşı, hərbi hava qüvvələrinin kursantları da var.

Məlumata görə, düşərgəni qiyamçı husilərin “Ənsar Allah” təşkilatı atəşə tutub.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.