İQTİSADİYYAT
Yeni 15 nömrəli alfares standartına həsr olunmuş seminar keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Caspian European Club çərçivəsində "Barattson School of Business" and "Finance" tədris mərkəzinin təsisçi direktoru Elşən Rəhimovun təqdimatında "BMHS 15 müştərilərlə müqavilələrdən gəlir" mövzusunda seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Elşən Rəhimov təmsil etdiyi şirkət barədə məlumat verib. Bildirib ki, şirkət 2014-cü il iyulun 1-dən fəaliyyətə başlayıb. Şirkət hazırda müxtəlif beynəlxalq təşkilatların Azərbaycanda rəsmi tədris mərkəzidir.
"15 nömrəli alfares standartı yeni standartdır. 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Beynəlxalq standartları tətbiq edən şirkətlər bu standartı tətbiq etməlidirlər. Şirkətlər standart qüvvəyə minmədən əvvəl könüllü olaraq bu standartı tətbiq edə bilərlər. Hazırda BMHS 15 ACCA imtahan proqramına daxildir", - deyə E.Rəhimov diqqətə çatdırıb.