DÜNYA
Yeni “Alcatel” smartfonları təqdim olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
"TCL Communication" şirkəti Berlində keçirilən "IFA 2017" sərgisində "Alcatel Idol 5" və "Alcatel A7" smartfon modellərini təqdim edib.
AZƏRTAC xəbər verir ki, istehsalçı tərəfindən gənc istifadəçilər üçün nəzərdə tutulan smartfon kimi qələmə verilən "Alcatel Idol 5" modeli "Full HD" təsvir ölçülü 5,2 düym diaqonallı "IPS" ekranla təchiz edilib və 1,3 QHs takt tezlikli səkkiznüvəli "MediaTek MT6753" prosessoru əsasında işləyir.
İstehsalçı qiyməti 239 avro təşkil edən yeni smartfonda eyni anda eyni sosial şəbəkələrdə bir neçə hesabdan istifadəyə imkan verən "App Cloner" funksiyasının quraşdırılmasını xüsusilə qeyd edir.
Digər model - "Alcatel A7" "Full HD" təsvir ölçülü 5,5 düym diaqonallı "IPS" ekranla təchiz edilib və səkkiznüvəli "MediaTek MT6750T" prosessoru ilə işləyir. "Idol 5" modelindən fərqli olaraq qurğu 16 meqapikselli əsas və 8 meqapikselli ön kameraya, eləcə də 4 min milliamper/saat tutumlu akkumulyatora malikdir. "Alcatel A7" smartfonunun qiyməti 229 avroya bərabərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]