REGİONLAR
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yaranmasının 28-ci ildönümü qeyd olunub
Masallı, 24 fevral, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının yaranmasının 28-ci ildönümü ilə əlaqədar “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ulu öndər Heydər Əliyevin və Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev partiyanın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib.
Yeni Azərbaycan Partiyasının çətin şəraitdə yaradıldığını vurğulayan S.Əliyev bildirib ki, Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir: “Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərəcək, dövlətimizin başçısının ətrafında bir yumruq kimi sıx birləşəcək”.
Çıxışlarda qeyd olunub ki, zəngin, siyasi mübarizələrlə dolu şanlı tarixi olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub.