CƏMİYYƏT


Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda YAP Səbail rayon təşkilatının 2018-ci ilin birinci yarımilliyində görülmüş işlərlə bağlı məlumat verilib. Bundan başqa, iclasın gündəliyində olan iki məsələ müzakirə edilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək gündəlikdəki məsələləri diqqətə çatdırıb. İclasda ərazi ilk partiya təşkilatlarında görülmüş işlər haqqında məlumatların dinlənilməsi və yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından daxil olmuş müraciətlərə baxılması, o cümlədən cari məsələlər müzakirə olunub.

Daha sonra Ş.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi paradla bağlı fikirlərini bildirib. YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, iyunun 26-da keçirilən hərbi paradda Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələri bir daha özünü göstərdi. Hərbi paradda Azərbaycan Ordusunun qüdrətinin dünyaya nümayiş etdirildiyini deyən deputat vurğulayıb ki, Silahlı Qüvvələrimiz müasir tipli hərbi texnika ilə təchiz olunub. Ordumuzun yüksək peşəkarlığı özünü döyüş meydanında da sübut edir. Buna misal olaraq, ordumuzun Aprel döyüşlərində, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində göstərdiyi qəhrəmanlığı qeyd etmək olar. Azərbaycan dövləti ardıcıl olaraq böyük uğurlara imza atdığı halda, Ermənistanda siyasi böhran getdikcə daha da dərinləşir.

Daha sonra iclas çıxışlarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.