CƏMİYYƏT


Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib

Bakı, 13 aprel, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Tədbirdə Şuşa rayon təşkilatının Gənclər Birliyinin fəaliyyətinə həsr olunmuş fotoslayd təqdim edilib.

Konfransı açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında düşünülmüş və məqsədyönlü gənclər siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyələri dayanır. Görülən işlərin nəticəsidir ki, bu gün gənclərimizin səsi mötəbər kürsülərdən gəlir, bütövlükdə cəmiyyətimizdə aparıcı rol oynayırlar. O qeyd edib ki, gənclərin fəallığı, onların intellekti respublikamızı daha da gücləndirir.

YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri Yapon Hacıyev hesabat məruzəsi ilə çıxış edərək, ulu öndər Heydər Əliyevin gənclər siyasətindən, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, vətənpərvərlik nümunəsi göstərən Azərbaycan gəncliyindən söz açıb, əldə olunmuş nailiyyətlərin ölkə siyasətində gənclərə önəmli yer ayrılması ilə əlaqələndirib.

Konfransda çıxış edənlər - YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva, Şuşa Humanitar Kollec üzrə 20 nömrəli ərazi ilk partiya təşkilatının sədri Könül Hüseynova və başqaları ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətindən danışıblar.

Sonra YAP Şuşa rayon təşkilatının Gənclər Birliyinin şurasına 9, İdarə Heyətinə isə 5 nəfərdən ibarət üzv seçilib. Rayon təşkilatının Gənclər Birliyinin sədri Ülvi Heydərov, müavinləri isə Əmirxan Qarayev və Elmir Rzayev seçiliblər.

Daha sonra Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Gənclər Birliyinin V konfransının nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciəti qəbul olunub.

Konfransın sonunda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqəsi təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.