SİYASƏT


Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Ankara, 2 iyun, AZƏRTAC

Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-də Ankarada Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin müavini, Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımla görüşüb.

AZƏRTAC xəbər verir ki, AKP-nin mərkəzi qərargahında dostluq və səmimilik şəraitində keçirilən görüşdə Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib Ərdoğanın tapşırıqları əsasında iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin vəziyyəti yüksək dəyərləndirilib.

Diqqətə çatdırılıb ki, dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, YAP-AKP münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edir.

Görüşdə milli ideologiyaların inkişafı, birgə sosial layihələrin işlənib hazırlanması perspektivləri, QHT və media qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa dair niyyət protokolundan irəli gələn vəzifələrlə bağlı səmərəli fikir mübadiləsi aparılıb və ümumi razılıq əldə edilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.