SİYASƏT


Yeni Azərbaycan Partiyası ilə “Nur Otan” Partiyası arasında əməkdaşlığın möhkəmləndirilməsi məsələləri müzakirə olunub

Nur-Sultan, 29 noyabr, AZƏRTAC

Qazaxıstanın "Nur Otan" Partiyası sədrinin birinci müavini Baurıjan Baybek “Qazaxıstanın partiya-siyasi sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər” Beynəlxalq Forumu ərəfəsində Azərbaycan və Avropa siyasi təşkilatlarının nümayəndələri ilə bir sıra görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşdə partiyalararası əməkdaşlığın daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunub.

Görüş zamanı tərəflər qeyd ediblər ki, Qazaxıstanın Birinci Prezidenti - elbası, “Nur Otan” Partiyasının sədri Nursultan Nazarbayev və Azərbaycanın sabiq Prezidenti, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev hələ müstəqillik əldə etməzdən əvvəl iki qardaş ölkənin keyfiyyətcə yeni əlaqələrinin təməlini qoyublar. Məhz onların sayəsində artıq suveren Qazaxıstan ilə Azərbaycan arasında möhkəm qarşılıqlı münasibətlər yaranıb.

Qeyd etmək lazımdır ki, bu gün Qazaxıstanda 100 mindən çox etnik azərbaycanlı yaşayır. Onların arasında uğur qazanmış və tanınmış soydaşlarımız da az deyil. Məsələn, "Мемлекеттіктілгекұрмет " İctimai Birliyinin sədri, alim və ictimai xadim Əsli Osman, Olimpiya çempionu, ağır atletika üzrə dünya çempionu Nicat Rəhimov və sair.

Həmin gün Baurıjan Baybekov Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Avropa mühafizəkarlarının katibi Tom Van Dayk, Böyük Britaniya Mühafizəkar Partiyasının nümayəndəsi, Lordlar Palatasının üzvü Ceyms Uorton və beynəlxalq siyasi məsləhətçilər Assosiasiyasının Direktorlar Şurasının üzvü Riçard Merfi ilə də görüşüb.

Görüşdə “Nur Otan” Partiyasının İctimai Siyasət İnstitutu tərəfindən təşkil edilən partiya-siyasi sistemlərin, müasir elektoral trendlərin aktual inkişaf məsələləri, həmçinin qarşıdan gələn "Qazaxıstanın siyasi-partiya sisteminin təkamülü: çağırışlar, nailiyyətlər və perspektivlər" Beynəlxalq Forumunun gündəliyi müzakirə olunub.

Qeyd edək ki, iki gün davam edəcək Forumda Rusiya, Çin, ABŞ, Türkiyə, Böyük Britaniya, Belçika və digər ölkələrin xarici və yerli ekspertləri, siyasi partiyaların, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak edəcəklər.

 

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.