SİYASƏT


Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb

Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 23-cü ildönümü ilə əlaqədar tədbir keçirib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ötən 23 ildə şərəfli yol keçən Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından söz açıb. O vurğulayıb ki, bu gün öz ətrafında yarım milyondan çox insanı birləşdirməklə Yeni Azərbaycan Partiyası nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib: “Heç şübhəsiz ki, bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz təməlin və bu gün Prezident, partiyanın sədri İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin nəticəsində mümkün olub. Bu gün ölkəmizdə hüquqi dövlət quruculuğunun və qazanılan nailiyyətlərin birbaşa səbəbkarı və təşkilatçısı olan Yeni Azərbaycan Partiyası gündən-günə daha da mükəmməlləşir, təkmilləşir və öz sıralarını genişləndirərək inkişaf edir”.

YAP-ın yaranma tarixindən danışan daimi nümayəndəliyin rəhbəri partiyanın 1992-ci il noyabrın 21-də, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə meydana gəldiyini bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində böyük işlər görüb. Partiyanın yaranmasından bir il sonra - 1993-cü ilin oktyabrında Heydər Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi xalqımızın Yeni Azərbaycan Partiyası ətrafında necə sıx birləşməsinin və Ulu Öndərə məhəbbətinin əyani təzahürü idi.

Diqqətə çatdırılıb ki, bu gün Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə bütövlükdə ölkəmizdə həyata keçirilən işlər, xüsusilə, son parlament seçkilərində YAP-ın inamlı qələbəsi bu partiyanın dünənin, bu günün və gələcəyin partiyası olaraq xalqın böyük inamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasında, xalqımızın mənafeyinin qorunmasında, hüquqi dövlət və azərbaycançılıq ideyasını tərənnüm edən milli birliyin yaranmasında nə qədər böyük rolunun olduğunu bir daha göstərir.

B.Əsgərov sonda qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında hər il olduğu kimi, YAP-ın yaranması ilə bağlı silsilə tədbirlər keçirilir. Muxtar respublika Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatının Sədri Vasif Talıbovun rəhbərliyi ilə gündən-günə inkişaf edir, gözəlləşir və güclənir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.