CƏMİYYƏT


Yeni Azərbaycan Partiyası səhiyyə işçilərinə hər birindən 1000 ədəd olmaqla, üz sipəri, qoruyucu maska və birdəfəlik geyim hədiyyə edib

Bakı, 27 iyul, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) koronavirusla mübarizə çərçivəsində humanitar aksiyalarını bu gün də davam etdirməkdədir.

YAP-dan AZƏRTAC-a bildiriblər ki, mart ayından etibarən başlanmış kampaniya çərçivəsində YAP bu gün də dəhşətli pandemiyanın qarşısının alınması məqsədilə dövlətin həyata keçirdiyi tədbirlərə ciddi və önəmli dəstəyini nümayiş etdirir.

Yeni Azərbaycan Partiyasının pandemiya əleyhinə mübarizə çərçivəsində təşkil etdiyi növbəti aksiya səhiyyə işçilərinə yardımın həyata keçirilməsi oldu. Belə ki, iyulun 27-də YAP səhiyyə işçilərinin COVID-19 ilə mübarizəsində, xəstələrin müalicəsinin daha rahat təşkilində onlara kömək məqsədilə hər birindən 1000 ədəd olmaqla, üz sipəri, qoruyucu maska və birdəfəlik geyimləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verib.

Tədbirdə iştirak edən Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə qeyd edib ki, dünyanı cənginə alan bu bəlaya qarşı mübarizə aparmaq üçün özümüzün və ətrafımızdakıların sağlamlığının qeydinə qalmaq, ruhdan düşməmək, çətinliklərin öhdəsindən gəlmək üçün səyləri birləşdirmək vacibdir. A.Mirzəzadə bildirib ki, bu gün dünyanın hər yerində, o cümlədən Azərbaycanda pandemiyanın dağıdıcı təsirlərinə qarşı mübarizə aparmaq üçün özünü riskə atan həkimlərdir, bu işin ən böyük yükü məhz onların üzərinə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.