ELM VƏ TƏHSİL


Yeni Azərbaycan Partiyasının cəmiyyətimizin inkişafında rolu əvəzsizdir

Bakı, 5 dekabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) cəmiyyətimizin avanqardı rolunda çıxış edir. Bu fikir Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) YAP-ın təsis edilməsinin 30 illiyi münasibətilə keçirilən tədbirdə vurğulanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə ərazi üzrə partiya təşkilatının üzvləri, institutun əməkdaşları, müəllim və tələbələr iştirak ediblər. Aİİ-nin rektoru, “M.Naxçıvani küçəsi 29” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Aqil Şirinov çıxış edərək ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu yoldan, cəmiyyətimizin inkişafındakı mühüm rolundan danışıb.

Vurğulanıb ki, Ulu Öndərin siyasi xəttini davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Vətən müharibəsi zamanı torpaqlarımızı işğaldan azad etdi. Güclü ordunun yaradılması, müasir hərbi texnika və silahlarla təmin olunması bizə Böyük Qələbə sevincini yaşatdı.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən xalqın partiyasına çevrilən, ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının 30-cu ildönümü Böyük Zəfərimizin ikinci ilinin sevincini yaşadığımız zamanda qeyd olunur.

Dahi rəhbər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən bəhs edən B.Nəbiyev Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini söyləyib. O, Yeni Azərbaycan Partiyasının bu gün cəmiyyətimizin avanqardı rolunda çıxış etdiyini bildirib.

B.Nəbiyev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasəti, Ordumuzun gücü, xalqımızın birliyi nəticəsində qazanılan Böyük Zəfərin əhəmiyyətini vurğulayıb.

Sonra Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibətilə və ərazi partiya təşkilatında səmərəli ictimai-siyasi fəaliyyətlərinə görə institut əməkdaşlarına fəxri fərmanlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.