Yeni Azərbaycan Partiyasının gəncləri Şəhidlər xiyabanına yürüş ediblər
AzerTAg.az
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də Kəlbəcər rayonu erməni işğalından azad olunub. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən işğalçı erməni hərbi birləşmələri Kəlbəcər rayonunu tərk ediblər.
Yeni Azərbaycan Partiyasından (YAP) AZƏRTAC-a bildiriblər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra YAP gəncləri Şəhidlər xiyabanına yürüş ediblər.
Şəhidlər xiyabanına ziyarət zamanı torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.
Müzəffər Ali Baş Komandanın portretini başları üzərinə qaldıran yürüş iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Yaşasın Ali Baş Komandan, Yaşasın Azərbaycan Ordusu!” şüarları səsləndiriblər.




Xəbərin mətnində orfoqrafik səhv var