SİYASƏT


Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə YAP Gənclər Birliyinin konfransına və qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələləri müzakirə olunub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov hər iki məsələnin partiya üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Parlament seçkilərinin ilin sonlarına təsadüf etdiyini deyən Əli Əhmədov buna baxmayaraq, seçkilərə xeyli əvvəldən hazırlıq prosesinin başlanmasının YAP üçün ənənə halını aldığını vurğulayıb. Bildirilib ki, seçkilərə yüksək səviyyədə hazırlıq partiyanın qələbəsini şərtləndirən əsas amillərdən biridir.

Ötən ilin dekabr ayında keçirilmiş bələdiyyə seçkilərinin nəticələri haqqında fikirlərini bildirən Əli Əhmədov deyib ki, partiyamız digər bələdiyyə seçkiləri ilə müqayisədə ən yüksək nəticəni bu dəfə əldə edib. Bu yüksək nəticənin qazanılmasının başlıca səbəbi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin Azərbaycan xalqı tərəfindən dəstəklənməsidir. Əli Əhmədov son bələdiyyə seçkilərində YAP rayon və şəhər təşkilatlarının fəallığını da xüsusi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.