Yeni “Big IDEA” adlı fikir yarışına start verilib
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
Britaniya Şurasının (“British Council”) təşəbbüsü ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (“EnterpriseAzerbaijan” portalı ilə) İngiltərənin Newcastle Universiteti ilə əməkdaşlıq çərçivəsində birgə həyata keçirdiyi “Creative Spark” (Yaradıcı qığılcım) layihəsinin “Big İDEA” adlı ideya və fikir yarışmasına start verib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə aşağıdakı 4 kateqoriyadan ibarətdir:
1. iqlim dəyişikliyi
2. rəqəmsal texnologiya
3. sosial təsir
4. yaradıcılıq
Hər bir komanda, ideyasından asılı olaraq uyğun kateqoriya seçməlidir. Müsabiqədə iştirak etmək istəyənlər martın 1-i saat 23:59-a kimi bu link https://creativespark-bigidea.uk/ vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Xəbərin mətnində orfoqrafik səhv var