İQTİSADİYYAT


Yeni Günəşli qəsəbəsində avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Bakı, 29 aprel, AZƏRTAC

Yeni Günəşli qəsəbəsi, Mərkəzi küçədə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq Abbas Fətullayev küçəsinin Mərkəzi küçə ilə kəsişməsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu səbəbdən 36, 50 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək məhdudiyyətə uyğun alternativ küçələrdən təşkil ediləcək.

Qeyd edilib ki, A.Fətullayev küçəsinin öncədən təmir-tikinti işləri aparılan hissəsində işlər yekunlaşdığı üçün hərəkət bərpa edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.