İQTİSADİYYAT


Yeni Günəşli qəsəbəsinin qaz kəmərləri əsaslı təmir edilir

Bakı, 9 yanvar, AZƏRTAC

Paytaxtın qaz təchizatının yaxşılaşdırılması ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində Bakının Suraxanı rayonunda da daşıyıcı qaz kəmərlərinin yenidən qurulması istiqamətində işlər davam etdirilir.

"Azəriqaz" İstehsalat Birliyindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə Yeni Günəşli qəsəbəsinin A, B və D yaşayış massivlərini, "kərpic zavod" adlanan ərazi, E.Bəkirli və S.Səfərov küçələrindəki istismara yararsız daşıyıcı qaz kəmərlərinin əsaslı təmiri və yenidən qurulması məqsədilə diametri 110, 160, 250, 280 və 315 millimetrlik polietilen borularla 5300 metr qaz xəttinin çəkilməsi işlərinə başlanılıb. Hazırda qaz xəttinin 4900 metr hissəsi çəkilib, 22 ədəd qaz siyirtməsi quraşdırılıb. Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra qeyd olunan ərazidə yaşayan 18 minə yaxın təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə, keyfiyyətli və fasiləsiz təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.

İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən "Azəriqaz" İstehsalat Birliyi istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının yaxşılaşdırılması ilə yanaşı yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması "Azəriqaz" İstehsalat Birliyinin başlıca vəzifələrindən biridir. Bakı şəhərində, həmçinin şəhərətrafı kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, mövcud qazpaylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması istiqamətdə işlərin icrası davam etdirilir. Abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi məqsədilə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində təxirəsalınmaz işlər həyata keçirilir və yarana biləcək problemlərin operativ həlli istiqamətində zəruri tədbirlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.