DÜNYA
Yeni Kaledoniya yaxınlığında iki güclü zəlzələ baş verib
Bakı, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Sakit Okeanda Fransanın xüsusi statusa malik inzibati ərazisi olan Yeni Kaledoniya adası rayonunda 7,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 04:18-də qeydə alınıb. Saat 05:43-də həmin rayonda 7 bal gücündə daha bir zəlzələ olub.
İlk zəlzələnin episentri 7,5 min nəfərin yaşadığı Tadine yaşayış məntəqəsindən 153 kilometr, ikinci zəlzələnin episentri isə 184 kilometr cənub-şərqdə, ocaqları isə 10 kilometr dərinlikdə yerləşib.
Sakit Okeanda Sunami Xəbərdarlığı Mərkəzi “potensial təhlükəli sunami dalğalarının” yaranması ehtimalının olduğunu bildirib.
Təbii fəlakət nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]