DÜNYA


Yeni “Palm” smartfonu kompakt ölçülü olacaq

Bakı, 11 avqust, AZƏRTAC

İnternetdə məşhur "Palm" brendli yeni smartfon barədə məlumatlar dərc edilib.

AZƏRTAC “ferra.ru" resursuna istinadla xəbər verir ki, "Pepito" kod adlı smartfonun istehsalçısı qismində "TCL Communication" şirkəti çıxış edəcək. Miniatür ölçüyə malik smartfon 720p təsvir ölçülü 3,3 düym diaqonallı "LCD" ekran və 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz olunacaq. Yeni qurğunun aparat əsasını "Qualcomm Snapdragon 435" prosessoru, 3 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edəcək. Smartfon "Android 8.1 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Xatırladaq ki, bu, 2011-ci ildə nümayiş etdirilən "Palm Pre 3" modelindən sonra buraxılan ilk "Palm" smartfonu olacaq. Əvvəlki məlumatlara görə, ilk vaxtlar yeni "Palm" smartfonunun satışı ilə ABŞ-ın "Verizon" operatoru məşğul olacaq.

ABŞ-ın məşhur "Palm" şirkəti "Palm OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyən miniatür fərdi kompüterlər və smartfonlar istehsal edib. 2010-cu ildə "HP" şirkətinə satılan istehsalçı müstəqil təşkilat kimi fəaliyyətini dayandırıb. 2014-cü ilin sonunda "Palm" brendi üçün hüquqlara Çinin "TCL" şirkəti sahib çıxıb. "Alcatel" və "BlackBerry" brendləri də "TCL" şirkətinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.