İDMAN


Yeni “Pantera” komandası 2021-ci ildə Formula 1 yarışlarına düşmək cəhdini təsdiqləyib

Bakı, 17 sentyabr, AZƏRTAC

Formula 1 çempionatında yay fasiləsi zamanı məlumat yayılmışdı ki, “Pantera” adı altında yeni komanda Böyük Britaniya Qran-Prisinin keçirildiyi “Silverstoun” yaxınlığında məskunlaşmağı planlaşdırır.

AZƏRTAC “Auto Bild” jurnalına istinadla xəbər verir ki, komandanın rəsmi şəkildə “Panthera Team Asia F1” adlanacağı aydın olub.

“Pantera”nın yaradıcılarından biri rusiyalı biznesmen Boris Rotenberqin başçılıq etdiyi “SMP Racing” layihəsinə cəlb edilən Bencamin Dürandır.

“Bizim hədəfimiz 2021-ci ildə Formula 1 yarışlarında iştirakdır”, - deyə Düran təsdiqləyib.

Xəbər verilir ki, “Pantera”da “Renault” komandası ilə əməkdaşlıq etmək və reqlament çərçivəsində “Ferrari”dən detallar alan “Haas”ın biznes modelini nümunə kimi götürmək niyyətindədirlər.

Eyni zamanda, Formula 1 çempionatının idman direktoru Ross Braun məhz 2021-ci ildə - yeni reqlamentin qüvvəyə mindiyi birinci ildə yeni komandaları yarışa cəlb etmək niyyətində deyil.

“Bizi maraq göstərən komandaların sayı təəccübləndirib. Lakin onlara belə dedik: gəlin, əvvəlcə yeni qaydaları tətbiq edərək vəziyyəti sabitləşdirək, daha sonra isə yeni komandalar axtarmağa başlayaq”, - deyə R.Braun bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.