ELM VƏ TƏHSİL


Yeni Peşə Təhsil Mərkəzinin təhsilalanları üçün təcrübə və iş imkanları

Bakı, 15 fevral, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin rəhbər və mühəndis–pedaqoji heyəti təhsilalanlarla birlikdə təcrübə proqramı çərçivəsində yapon istehsalı olan “Toyota”, “Honda”, “Mazda”, “Mitsubishi” və “Subaru” avtomobil markalarının rəsmi satış və texniki xidmət mərkəzləri ilə yaxından tanış olublar.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə mərkəzlərin yüksək standartlara cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı texniki kadrları ilə yaxından tanış olmaq imkanı yaradılıb. Mərkəzlərin texniki servis üzrə mütəxəssisləri təhsilalanlara servislərin imkanları haqqında ətraflı məlumat verib, əyani olaraq avadanlıqların iş prinsiplərini nümayiş etdiriblər.

Təcrübə proqramı çərçivəsində yapon istehsalı olan avtomobillərin mühərrikləri haqqında nəzəri və praktiki məşğələ təşkil olunub. Təhsilalanlara bilik və bacarıqlarını əyani nümayiş etdirmək imkanı yaradılıb.

Bununla yanaşı, Təhsil Mərkəzinin nümayəndə heyəti avtomobillərin geniş model sırası və təklif olunan keyfiyyətli texniki servisi, orijinal ehtiyat hissələrinin və aksesuarların təchizatı ilə tanış olublar.

Sonda təcrübə proqramından yararlanacaq təhsilalanlar üçün şirkət tərəfindən seçim meyarları müəyyən edilib. Proqram əsasında keçiriləcək məşğələlərin məzmunu, mentorlar və texniki şöbələr təyin olunub. Bununla da təhsil müddəti ərzində yüksək nəticə göstərən təhsilalanlar iş imkanlarından yararlana biləcəklər.

Həmçinin Mərkəzdə avtomobil ixtisası üzrə ixtisas təkmilləşdirilməsi məqsədilə birgə kursların təşkili müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.