ELM VƏ TƏHSİL


Yeni Peşə Təhsili Mərkəzində robot texnologiyaları istiqamətində qısamüddətli kurslar keçiriləcək

Bakı, 14 fevral, AZƏRTAC

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “MARS Academy” şirkəti arasında imzalanan memoranduma əsasən robot texnologiyaları təlim mərkəzi açılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yeni robot texnologiyaları təlim mərkəzində proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət istiqamətində qısamüddətli kurslar təşkil olunacaq. Təlim iştirakçıları mikroçiplərin iş prinsipi, robotların proqramlaşdırılması və mühəndisliyin əsaslarını öyrənmək imkanı əldə edəcəklər. Nəticədə təhsilalanların məntiqi inkişafı və alqoritmik düşüncə tərzinə dəstək veriləcək.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində qurulmuş robot texnologiyaları təlim mərkəzindəki təlimlərə qatılmaq üçün mərkəzin sosial şəbəkədəki səhifəsinə www.facebook.com/bakustateindustryinnovation/ müraciət etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.