DÜNYA


Yeni “Sharp Dynabook G” noutbuku təqdim olunub

Bakı, 18 yanvar, AZƏRTAC

Yaponiyanın “Sharp” şirkəti yeni “Dynabook G” noutbukunu təqdim edib.

AZƏRTAC “CHIP” resursuna istinadən yazır ki, korpusu ABŞ-ın “MIL-STD-810G” hərbi standartına uyğun olan qurğunun çəkisi versiyanın komplektləşdirilməsindən asılı olaraq 780-859 qram təşkil edir. Noutbuk 13,3 düym diaqonallı və “Full HD” (1920х1080 piksel) təsvir ölçülü “IGZO” ekranı ilə təchiz olunub. Seriyanın tərkibinə dörd model (G5, G6, G7 və G8) daxildir.

Məlumata görə, versiyadan asılı olaraq “Core i3”, “i5” və ya “i7” prosessorlarından istifadə edilib. Operativ yaddaş 4-8 giqabayt, quraşdırılmış yaddaş isə 128-512 giqabayt təşkil edir.

Qabarit və çəkinin az olmasına baxmayaraq “Dynabook G” noutbuku tamölçülü “HDMI” portları və “RJ-45” şəbəkə çıxışı ilə təchiz edilib.

Qiyməti 1285-1825 dollar arasında dəyişən “Dynabook G” noutbukunun avtonom iş vaxtı təxminən 19 saata bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.