İQTİSADİYYAT


Yeni Suraxanı qəsəbəsində küçə və yollar təmir edilir

Bakı, 23 yanvar, AZƏRTAC

Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində uzunluğu 31,6 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, təmir işlərinin əhatə etdiyi sahə 180 min kvadratmetrə yaxındır. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Bunlar Telman Nərimanov, 14 iyul, Yuxarı və Aşağı mədən küçələri, həmçinin qəbiristanlıq yolu və I, II və III köndələn küçələridir. Bundan başqa, sadalanan küçə və yollara birləşən dalan, döngə və yollarda da təmir işləri görülür.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Suraxanı rayonunun bütün qəsəbələri üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.