MƏDƏNİYYƏT


“Yeni Tərtər” qəzetinin 80 illik yubileyi qeyd olunmuşdur

Tərtər, 28 aprel (AZƏRTAC). Tərtər şəhərindəki Gənclər Mərkəzində “Yeni Tərtər” qəzetinin 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə “Yeni Tərtər” qəzetinin ötən dövr ərzindəki fəaliyyətini əks etdirən sərgi ilə tanış olmuşlar.

Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdikləri tədbirdə qəzetin redaktoru Tofiq Yusif çıxış edərək mətbu orqanın keçdiyi tarixi yoldan danışmışdır. Məlumat verilmişdir ki, 1934-cü ildə “Kolxozçuların varlanması yolunda” adı ilə fəaliyyətə başlayan qəzet 1937-ci ildən “Qızıl Bayraq” adı ilə nəşr olunmuşdur. 1963-1965-ci illərdə Tərtər rayonu Bərdə rayonu ilə birləşdiyinə görə, “Qızıl Bayraq” qəzeti Bərdə rayonunun “Kommunizm yolu” qəzeti ilə birləşdirilmiş, 1966-cı ildən yenidən “Qızıl Bayraq” adı ilə nəşr edilmişdir. 1998-ci ildən fəaliyyəti dayanan qəzet 2005-ci ildən etibarən “Yeni Tərtər” adı ilə nəşr edilməyə başlamışdır. “Yeni Tərtər” qəzeti hazırda ayda 3 dəfə oxucuların görüşünə gəlir.

Tədbirdə çıxış edənlər redaksiyanın kollektivini qəzetin 80 illik yubileyi münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Sonda qəzetin əməkdaşlarına rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatı tərəfindən fəxri fərman və hədiyyələr təqdim edilmişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.