DÜNYA


Yeni Zelandiya hökuməti TPP üzrə razılaşmanın qüvvəyə minəcəyi tarixi açıqlayıb

Tokio, 31 oktyabr, AZERTAC 

Trans-Sakit okean Tərəfdaşlığı (TPP) üzrə razılaşma 11 iştirakçı dövlətin altısı tərəfindən ratifikasiya edildiyinə görə cari il dekabrın 30-da qüvvəyə minəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Yeni Zelandiya hökumətinin veb-saytında məlumat yerləşdirilib. Bildirilir ki, Yeni Zelandiyanın ticarət və ixracın genişləndirilməsi naziri Devid Parker müqavilənin depozitçisi olan Avstraliyanın ratifikasiya prosesinin başa çatması barədə ölkəsini məlumatlandırdığını bəyan edib.

Məlumatda, həmçinin qeyd edilir ki, Bruney, Çili, Malayziya, Peru və Vyetnam razılaşmanı hələ ratifikasiya etməyiblər. Ötən həftə Kanada razılaşmanı ratifikasiya edərək Yeni Zelandiya, Meksika, Yaponiya və Sinqapura qoşulub.

Xatırladaq ki, TPP üzrə birinci razılaşma 2016-cı ildə imzalanıb. Həmin vaxt razılaşmada 12 dövlət – ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Sinqapur, Malayziya, Bruney, Vyetnam, Yaponiya, Meksika, Çili və Peru iştirak edirdilər. Razılaşma çərçivəsində Asiya-Sakit okean regionunda azad ticarət zonasının yaradılması nəzərdə tutulurdu.

Lakin 2017-ci ilin dekabrında ABŞ Prezidenti seçilən Donald Tramp ölkəsinin razılaşmadan çıxdığını bəyan edib. Bundan sonra TPP yenidən formalaşaraq 2018-ci il martın 8-də Çilidə imzalanan sənədə əsasən Hərtərəfli və Tərəqqipərvər Trans-Sakit okean Tərəfdaşlığına (CP TPP) çevrilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.