CƏMİYYƏT


Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır

Bakı, 28 oktyabr, AZƏRTAC

“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb.

Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və Parlamentə gedən yolun kənarındakı binadan asılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.