DÜNYA


Yeni Zelandiya koronavirusun yayılması ilə əlaqədar təhlükə səviyyəsini qaldırıb

Tokio, 14 avqust, AZƏRTAC

Yeni Zelandiya cari həftənin əvvəllərində son üç ayda ilk yerli yoluxmanın qeydə alınması ilə əlaqədar koronavirusun yayılması barədə təhlükə səviyyəsini yenidən qaldırıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə qərar virusun bir neçə yerdə yayılması məlum olduqdan sonra qəbul edilib.

Bildirilir ki, Yeni Zelandiyanın səhiyyə orqanları avqustun 11-də Oklend şəhərində bir ailənin dörd üzvünün koronavirus testinin müsbət nəticə verməsi barədə məlumat yayıblar. Onların yoluxma mənbəyinin təyin edilmədiyi qeyd olunur.

Bu, mayın sonlarından bəri xaricdən gələnlər istisna olmaqla, ilk yerli yoluxma halıdır. Virusun qarşısının alındığını elan edən yerli hökumət iyunda sərhəddə yoxlamalar istisna olmaqla, koronavirusla əlaqədar məhdudiyyətləri ləğv edib.

Koronavirusun yeni dalğası hökuməti bütün ölkə ərazisində təhlükə səviyyəsini qaldırmağa məcbur edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.