DÜNYA


Yeni Zelandiya polisi 3 milyon dollar dəyərində marixuana müsadirə edib

Tokio, 18 sentyabr, AZƏRTAC

Yeni Zelandiya polisi Cənub adasının şimal-qərbində yerləşən Tasman regionunda külli miqdarda marixuana müsadirə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 18-də Yeni Zelandiya polisinin rəsmi saytında məlumat yerləşdirilib. Müsadirə edilən marixuananın qara bazarda qiymətinin təqribən 3 milyon dollar olduğu bildirilir.

Polisin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat zamanı Tasman regionundakı kəndlərdən birindəki evdə böyük yeraltı bunker aşkarlanıb. Həmin bunkerdə marixuana plantasiyasının salındığı məlum olub. Əməliyyat zamanı plantasiyanın sahibi 63 yaşlı şəxs həbs edilib.

Axtarış zamanı külli miqdarda odlu silah da aşkar edilərək götürülüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.