DÜNYA


Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb

Bakı, 25 noyabr, AZƏRTAC

Yeni Zelandiyada özlərini sahilə atan 100-dən çox qara delfin və afalin delfini tələf olub.

AZƏRTAC Radio New Zealand radiostansiyasına istinadla xəbər verir ki, insident Yeni Zelandiyanın 680 kilometr cənub-şərqində yerləşən Çatem arxipelaqında qeydə alınıb.

Hadisə yerinə gələn reyncerlər 97 qara delfinin və 3 afalin delfininin ölüsünü aşkarlayıblar. Daha 26 delfin sağ tapılıb. Lakin onlar uzun müddət quruda qaldığı və dənizə dönə bilmədiyi üçün iynə vurularaq yatızdırılıb.

Qeyd edək ki, 2018-ci ilin sentyabr ayında Çatem arxipelaqı sahillərində qara delfinlərin kütləvi intiharı qeydə alınmışdı. Noyabrın 30-da 50-dən çox delfin özünü sahilə atmış, bir həftə öncə isə Yeni Zelandiyanın cənubunda yerləşən Stüart adasında 150 heyvanın analoji ölümü baş vermişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.