DÜNYA


Yeni Zelandiyada “Electron” raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib

Tokio, 5 iyul, AZƏRTAC

Yeni Zelandiyanın Mahiya yarımadasından “Electron” raketinin kosmosa buraxılışı uğursuzluqla nəticələnib.

AZƏRTAC Yeni Zelandiya mətbuatına istinadla xəbər verir ki, “Rocket Lab” şirkətinin mütəxəssisləri süni peyklərin orbitə çıxarılmasını təmin edə bilməyiblər.

Şirkətin saytında bu barədə yayılan məlumatda qeyd edilir ki, raketin uğurlu startından və birinci pillənin ayrılmasından sonra nasazlıqlar əmələ gəlib. Həmin nasazlıqlar uçuş başladıqdan təqribən 4 dəqiqə sonra qeydə alınıb. Beləliklə, “Electron” raketinin göyərtəsində olan yük orbitə çatdırılmayıb.

Bununla yanaşı, qəza zamanı heç kimin xəsarət almadığı və start kompleksinə zərər dəymədiyi də bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.