DÜNYA


Yeni Zelandiyada çiyələyin içərisində iynə aşkarlanıb

Tokio, 27 noyabr, AZƏRTAC 

Yeni Zelandiya sakini çiyələyin içərisində iynə tapıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri məlumat yayıb.

Cənub adasında yerləşən Ceraldin şəhərinin sakini bildirib ki, giləmeyvəni supermarketdən alıb.

Yeni Zelandiyanın Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, hazırda polis hadisənin səbəblərini araşdırır.

Xatırladaq ki, bir qədər əvvəl Avstraliyada təqribən 50 yaşlarında qadın yerli istehsalçıların məhsullarına iynə sancmaqda şübhəli bilinərək həbs edilmişdi. Ötən həftə o, girov əsasında azadlığa buraxılıb. Belə iynələr banan və almada da aşkarlanmışdı.

Kütləvi-informasiya vasitələrinin bildirdiyinə görə, Böyük Britaniyadan və Rusiyadan olan bəzi ixracatçılar Avstraliya meyvələrinin ixracını dayandırmaq barədə qərar qəbul ediblər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.