SİYASƏT


Yeni Zelandiyada keçirilmiş sərgidə Azərbaycana dair guşə böyük maraq doğurmuşdur

Bakı, 1 avqust (AZƏRTAC). “Azəri” Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyəti Yeni Zelandiyada keçirilmiş sərgidə ölkəmizdə istehsal olunan nar şirələrini nümayiş etdirmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın nar şirələrindən ibarət guşə ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

“Azəri” Azərbaycan-Yeni Zelandiya Dostluq Cəmiyyətinin sədri Qalib Mahmudov ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumat da vermişdir. Yeni zelandiyalılarla yanaşı, sərgiyə gələn xarici vətəndaşlar da Azərbaycanın nar şirələrindən dadmış, onun keyfiyyətini yüksək qiymətləndirmişlər.

Azərbaycan guşəsindəki nar şirələrini təqdim edən soydaşlarımızın əyinlərindəki XIX əsrə aid milli geyimləri də qonaqları valeh etmişdir.

Qonaqlar, həmçinin “Evrovision-2011” mahnı müsabiqəsində Azərbaycanın qələbəsinin xalqımızın zəngin mədəniyyətindən və incəsənətindən qaynaqlandığını vurğulamışlar.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.