DÜNYA


Yeni Zelandiyada son altı gündə koronavirusa birinci yoluxma qeydə alınıb

Tokio, 22 may, AZƏRTAC

Mayın 22-də Yeni Zelandiyada son altı gündə koronavirusa birinci yoluxma qeydə alınıb.

AZƏRTAC Yeni Zelandiya Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bununla da ölkədə ümumilikdə koronavirusa yoluxanların sayı 1504 nəfərə çatıb.

Bildirilir ki, yoluxma halı Oklendə yerləşən kilsələrdən birində qeydə alınıb. Bu, mayın 15-dən bəri qeydə alınan ilk yoluxma halıdır. Bununla yanaşı, son sutkada xəstəxanadan üç nəfər buraxılıb. Beləliklə koronavirusdan sağalanların ümumi sayı 1455 nəfərə çatıb.

Hazırda ölkə üzrə koronavirusa yoluxanların 28 faizinin müalicə aldığı bildirilir. Həmin xəstələrdən yalnız biri xəstəxanaya yerləşdirilib. Qalan xəstələr isə ambulator terapiyaya cəlb olunublar. Ümumilikdə 21 nəfərin öldüyü də qeyd edilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.