DÜNYA


Yeni Zelandiyada terror aktı törətmiş cinayətkar iki dəfə Türkiyədə olub

Bakı, 16 mart, AZƏRTAC

Yeni Zelandiyada törədilmiş terror aktının ehtimal olunan icraçısı iki dəfə Türkiyədə olub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Yeni Zelandiyada terror aktı törətmiş cinayətkar Türkiyədə ilk dəfə 3 gün, ikinci dəfə isə 40 gün qalıb. Onun Türkiyədəki əlaqələrini müəyyən etmək üçün təhqiqat aparılır”, - deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, terrorçular hətta Yeni Zelandiyada belə türk xalqının birliyi və öz dəyərlərinə sadiqliyi ilə barışa bilmirlər. Onlar öz silahlarına səlib yürüşləri və Vyana döyüşü iştirakçılarının adlarını həkk ediblər. Necə olur ki, dünyanın o biri başında yaşayan cinayətkar müsəlmanlara və türklərə bu qədər nifrət bəsləyir?

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Christchurch şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə cümə namazı vaxtı silahlı hücum edilib. Son məlumata əsasən, insident nəticəsində ən azı 49 nəfər həlak olub, 20-dən çox insan isə yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.