DÜNYA
Yeni Zelandiyada törədilən terror aktında ölənlərdən 6-sı Pakistan vətəndaşıdır
İslamabad, 17 mart, AZƏRTAC
Yeni Zelandiyada iki məscidə silahlı hücum nəticəsində qətlə yetirilənlərdən 6-sı Pakistan vətəndaşıdır. Bu ölkənin daha 3 vətəndaşı isə itkin düşmüş hesab edilir.
AZƏRTAC Pakistan mətbuatına istinadla bildirir ki, bu barədə məlumatı jurnalistlərə Xarici İşlər Nazirliyinin nümayəndəsi Muxammad Fayzal verib.
O deyib ki, öldürülən Pakistan vətəndaşlarının adları məlumdur və Yeni Zelandiya hökuməti də bunu təsdiq edib.
Muxammad Fayzal bildirib ki, itkin düşmüş hesab edilən vətəndaşların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində müvafiq iş aparılır.
Son məlumata görə, terror aktı nəticəsində 50 nəfər həlak olub, 50-dən artıq insan isə xəstəxanaya yerləşdirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]
Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA
- 24.04.2024 [11:57]
Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib
- 24.04.2024 [11:50]