DÜNYA
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb
Tokio, 12 dekabr, AZƏRTAC
Yeni Zelandiyanın Ağ adasında vulkan püskürməsi nəticəsində həlak olanların sayı 8 nəfərə çatıb. Daha 9 nəfər isə hələ də tapılmayıb.
AZƏRTAC Yeni Zelandiya polisinə istinadla xəbər verir ki, axtarış-xilasetmə işləri davam etdirilir.
Xatırladaq ki, vulkan püskürməsi dekabrın 9-da turistlər arasında populyarlığı ilə seçilən Ağ adada baş verib. Bu ada ölkənin şərqindəki Şimal adasından 50 kilometr məsafədə yerləşir.
Bildirilir ki, adada və onun yaxınlığındakı ərazidə olan 47 nəfər vulkan külünün və buxarın təsirinə məruz qalıb.
Yeni Zelandiya Səhiyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilir ki, hazırda 28 nəfər qonşuluqda yerləşən Avstraliya xəstəxanalarında müalicə alır. Onların çoxu ciddi yanıq xəsarətləri alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]