DÜNYA
Yeni Zelandiyada zəlzələ nəticəsində həlak olanların xatirəsi anılıb
Tokio, 23 fevral, AZƏRTAC
Yeni Zelandiyada 2011-ci ildə Kraystçerç şəhərində baş vermiş güclü zəlzələdə həlak olanların anma mərasimində yüzlərlə insan iştirak edib.
AZƏRTAC xəbər verir ki, səkkiz il bundan əvvəl baş verən 6,3 bal gücündə zəlzələ nəticəsində ümumilikdə 185 nəfər həlak olub.
Mərasim şəhərin mərkəzindən keçən çayın yaxınlığında faciə qurbanlarının xatirəsinə ucaldılan və üzərində onların adları qeyd edilən abidənin önündə keçirilib.
Əvvəlcə faciə qurbanlarının siyahısı oxunub və onların xatirəsi zəlzələnin baş verdiyi anda - saat 12:51-də bir dəqiqəlik sükutla anılıb. Sonra iştirakçılar abidənin önünə çiçək dəstələri düzüblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]