DÜNYA


Yeni Zelandiyanın Baş naziri koronavirusa yoluxub

Tokio, 14 may, AZƏRTAC

Yeni Zelandiya hökumətinin başçısı Casinda Ardern koronavirusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə C.Ardern özünün instaqram səhifəsində bildirib.

“Bütün cəhdlərə baxmayaraq, mən də digər ailə üzvlərimə qoşuldum və COVID-19 testimin cavabı pozitiv oldu”, - deyə Baş nazir sosial şəbəkə hesabında bildirib.

Qeyd edək ki, Baş nazirin qızı və həyat yoldaşı da koronavirusa yoluxub. Bu səbəbdən C.Ardern mayın 8-dən özünütəcrid vəziyyətində idi.

Baş nazirin mayın 21-dək özünütəcrid vəziyyətində qalacağı qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.