Yeni Zelandiyanın Kermadek arxipelaqı yaxınlığında 5,6 bal gücündə zəlzələ olub
AzerTAg.az
Tokio, 28 iyul, AZƏRTAC
İyulun 28-də Yeni Zelandiyanın Kermadek arxipelaqı sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliya Dövlət Geologiya Bürosu məlumat yayıb.
Yeraltı təkanların episentrinin yeni Zelandiyanın Şimal adalarından 800 kilometr şimal-şərqdə yerləşən Raul adasının şərqində, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Bununla yanaşı, Tonqa krallığının sahillərində də 5,7 bal gücündə zəlzələ baş verib. Bu zəlzələnin episentrinin Tonqatapu arxipelaqının əsas adasından 400 kilometr cənub-qərbdə, ocağının 19 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin mətnində orfoqrafik səhv var