DÜNYA


Yeni Zelandiyaya məxsus Ağ Adada vulkan püskürməsi nəticəsində həlak olanların sayı 16-ya çatıb

Tokio,15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Zelandiya polisi bəyan edib ki, ölkənin şimalında yerləşən Ağ Adada vulkan püskürməsi nəticəsində aldığı yaralardan daha bir nəfər həyatını itirib.

AZƏRTAC xəbər verir ki, beləliklə təqribən bir həftə əvvəl baş vermiş təbii fəlakət nəticəsində ölənlərin sayı rəsmi olaraq 16 nəfərə çatıb.

Bazar günü səhər saatlarında vulkanının baş verdiyi əraziyə ikinci dəfə yaxınlaşan xilasedicilər itkin düşdüyü güman edilənlərdən heç birini tapa bilməyiblər. Bununla yanaşı, hərbçi və polislərdən ibarət dalğıclar dəstəsi də ada ətrafındakı sularda axtarışı davam etdiriblər.

Polisin bəyan etdiyinə görə, həlak olduğu güman edilən iki nəfərin tapılaraq ailələrinə təhvil verilməsi üçün bütün lazımi addımlar atılır.

Bundan əlavə, bazar günü polis vulkan püskürməsi nəticəsində həlak olanların hamısının siyahısını dərc edib.

Qeyd edək ki, Yeni Zelandiyaya məxsus Şimal adasının sahillərindən 50 kilometr məsafədə yerləşən Ağ Ada bu ərazidə yeganə fəal vulkan hesab olunur və hər il buranı minlərlə turist ziyarət edir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.