ELM VƏ TƏHSİL


“Yeni çağırışlar” proqramında təhsildə liderlik və distant təhsil barədə danışılacaq

Bakı, 18 may, AZƏRTAC

Mayın 20-si saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

“T-Network”dan AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı “edX” öyrənmə platformasının yaradıcısı, dünyanın bir nömrəli ali təhsil müəssisəsi Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru Anant Aqarval olacaq. Professorla təhsildə liderlik və distant təhsil barədə danışılacaq.

Anant Aqarval təhsilin inkişafına verdiyi töhfələrə görə qlobal mükafatlara layiq görülüb. Onun yaradıcısı olduğu, Harvard və MIT tərəfindən qurulan “edX” öyrənmə platformasına bu günə qədər 160-dan çox ölkədən 35 milyon istifadəçi qoşulub və dünyanın tanınmış 160 universiteti tərəfindən kurslar təqdim edilib.

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

“Yeni çağırışlar”da dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, dünyanın ən zəngin ikinci adamı İlon Maskın anası, yazıçı, diyetoloq və model Mey Mask, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberq, harvardlı alim Toni Vaqner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu, Toronto Universitetinin fəxri professoru, beynəlxalq səviyyədə tanınan yazıçı və təhsil tədqiqatçısı Maykl Fullan, İndiana Dövlət Universitetinin fəxri professoru, Tod Vitaker qonaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.